AZ

Demokratların Mask Araşdırması: Zaxarovanın cavabı- ÖZƏL

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ-də demokrat senatorların iş adamı İlon Maskın Rusiya ilə əlaqələrinə dair araşdırma aparılması ilə bağlı çağırışlarını şərh edib. O, bu məsələ ilə bağlı fikirlərini Telegram kanalında paylaşıb.

Mariya Zaxarova demokrat senatorlara ABŞ-nin keçmiş prezidenti və öz partiya üzvləri Con Kennedinin qətlini araşdırmağı tövsiyə edib: "Senatorlara məsləhətim - öz partiya yoldaşınız prezident Kennedinin və ailə üzvlərinin qətlini araşdırın. ABŞ-nin rəsmi strukturları yarım əsrdir bu məsələdə nəyin baş verdiyini anlamazlıqdan gəlir", - deyə diplomat bildirib.

Zaxarova həmçinin əlavə edib ki, demokratlar paralel olaraq prezident Co Bayden və onun ailəsinin korrupsiya məsələlərini də araşdıra bilərlər.

Bundan əvvəl Mariya Zaxarova Polşanın Ukrayna ilə bağlı mövqeyini "cəngəllik kimi" adlandıraraq Polşa Baş Naziri Donald Tuskun bəyanatlarını sərt tənqid etmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
18
olaylar.az

1Mənbələr