2024-cü ilin on ayında ölkədə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 2 milyard 780,2 milyon manatlıq avtomobil benzini və dizel yanacağı satılıb. Bu da, ötən ilin eyni dövrü ilə müqayisədə 6,5 % çoxdur. Bu barədə Dövlət Statistika Komitəsi məlimat yayıb.
Hazırda Azərbaycanın daxili bazarında "Premium Euro-95” markalı benzinin pərakəndə satış qiyməti 1 litr üçün 2 manat, "Super Euro-98” markalı benzinin pərakəndə satış qiyməti 2,3 manat, Aİ-92 markalı benzinin pərakəndə satış qiyməti 0,8 manatdır.
2023-cü ildə Azərbaycanda yanacaq istehlakçıları ümumilikdə 3 milyard 63,4 milyon manatlıq (indiki məzənnə ilə 1 milyard 802 milyon ABŞ dolları) avtomobil benzini və dizel yanacağı alıblar ki, bu da 2022-ci illə müqayisədə 8,1% çoxdur.

Aytav Zeynalova
www.anews.az