AZ

Fələstin Səhiyyə Nazirliyi bəyanat yaydı

İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlar nəticəsində ölənlərin sayı 43 764 nəfərə yüksəlib.

Qəzzadakı Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin Qəzza zolağına 406 gündür təşkil etdiyi hücumlarla bağlı məlumat verilib.

Açıqlamada İsrail ordusunun Qəzza zolağında törətdiyi son hücumlar  nəticəsində daha 28 fələstinlinin həyatını itirdiyi, 120 fələstinlinin isə yaralandığı bildirilib.

İsrailin oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayının 43 764, yaralıların sayının isə 103 490 nəfərə yüksəldiyi qeyd edilib.

Dağıntılar altında hələ də minlərlə insanın olduğu, İsrail qüvvələrinin maneələri səbəbindən tibbi personalın və mülki müdafiə dəstələrinin cəsədlərin olduğu bölgəyə daxil ola bilmədiyi vurğulanıb.



Seçilən
20
2
trt.net.tr

3Mənbələr