Argentina prezidenti Xavyer Milei ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Florida ştatındakı malikanəsi Mar-a-Laqoda keçirilən qalada iştirak edib.
News24.az xəbər verir ki, qalada alqışlarla qarşılanan Milei 5 noyabr seçkilərindən sonra Trampla görüşən ilk xarici lider olub.
Qalanın aparıcısı Donald Trampın “Öncə Amerika” siyasətini təbliğ etmək üçün yaradılmış beyin mərkəzi olub.
Namizədlikləri irəli sürülmüş yeni kabinet üzvləri, Tramp dövründə vəzifə yerinə yetirəcək yüksək səviyyəli şəxslər və bəzi məşhur ulduzlar gecənin qonaqları arasında olub.
Bununla belə, qalanın ən diqqət çəkən adlarından biri Argentinanın lideri Milei olub.
Milei qalada Argentina prezidentinin baş katibi vəzifəsində çalışan bacısı Karina Milei müşayiət edib.
Qalada hərarətlə qarşılanan Milei Trampı seçkilərdəki qələbəsi münasibətilə təbrik edib və iki lider birlikdə foto çəkdirib.
Günel Məlikzadə