AZ

ABŞ senatorları İlon Maska sanksiya tələb edirlər- Ədliyyə Nazirliyinə müraciət olundu

Amerikalı senatorlar Pentaqonu və ABŞ Ədliyyə Nazirliyini milyarder İlon Maskın Rusiya hakimiyyət orqanları ilə ehtimal olunan təmaslarını araşdırmağa çağırıblar.

Azpost.info xəbər verir ki, bu barədə “Reuters” yazır.

Söhbət Rusiya rəsmiləri, o cümlədən Rusiya prezidenti Vladimir Putinlə mətbuatda yayılan telefon danışıqlarından gedir.

Senatorlar daxili sanksiya tələbi ilə də çıxış ediblər. Onlar hesab edirlər ki, biznesmenin bəzi “SpaceX” proqramlarında iştirakına qadağa qoyulmalı və dövlət məxfi məlumatlarına giriş məhdudlaşdırılmalıdır.

Senatorlar bildiriblər ki, Putinlə arasında olan bu münasibət ABŞ hökumətinin milyardlarla dollarlıq maliyyəsini alan Maskın hökumət podratçısı və təhlükəsizlik rəsmiləşdirilməsi sahibi kimi etibarlılığına dair ciddi suallar yaradır.

Azpost.info

Seçilən
31
azpost.info

1Mənbələr