COP29 tədbiri çərçivəsində BMTİP və ANAMA-nın təşkilatçılığı ilə “Cığırın Təmizlənməsi: İqlim dayanıqlılığı və dayanıqlı inkişaf üçün mina təhlükəsi ilə mübarizə” mövzusunda yan tədbir keçirilib.
QHT.az xəbər verir ki, tədbirin məqsədi mina təhlükəsinin təbii ehtiyatlara təsirini vurğulamaq, ekoloji cəhətdən təmiz minatəmizləmə təcrübələrini araşdırmaq və biomüxtəlifliyi qorumaqla mina təhlükəsi ilə üzləşmiş landşaftların bərpası üçün texnoloji yeniliklərin və təbiətə əsaslanan həllərin inteqrasiyasını müzakirə etməkdir.
Bir çox yerli və beynəlxalq ekspertləri bir araya gətirməklə yanaşı, yan tədbir bütün maraqlı tərəflər üçün effektiv minatəmizləmə ilə bağlı məsələlərin müzakirəsi üçün səmərəli platforma yarada bilib.
R.İmanov