AZ

Qərb ölkəmizə qarşı göstərdiyi ikili siyasəti daha da gücləndirib- ÖZƏL

"Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etmək hüququnu qazanması böyük uğurdur". "Olaylar" xəbər verir ki,  bunu YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə deyib: "Bununla əlaqədar, cənab İlham Əliyev noyabrın 12-də Bakıda öz işinə başlamış COP29-un Liderlər Sammitinin açılış mərasimində çıxış edərkən bildirdi ki, bu qərarı dünyanın 200 ölkəsi yekdilliklə qəbul etmişlər və beləliklə, Azərbaycana növbəti dəfə böyük etimad göstərilmişdir. Təəssüflər olsun ki, Qərbin bəzi anti-Azərbaycan dairələri bu qərarın qəbul olunmasından dərhal sonra ölkəmizə qarşı onsuz da hər zaman nümayiş etdirdikləri ikili standartlar siyasətini daha da gücləndirdilər.
Dövlət başçımızın çıxışında qeyd olunduğu kimi, özünü müstəqil QHT adlandıranlar, bəzi siyasətçilər və feyk-xəbər mediası ölkəmiz haqqında daha çox dezinformasiyanın yayılması üçün sanki bir-biri ilə yarışa giriblər. Ölkəmizdə 250-dən artıq günəşli günün olmasına baxmayaraq, onlar bizi daha çox neft ölkəsi adlandırırdılar. Lakin Azərbaycan hər zaman son sözü demək hüququnu özündə saxlayır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
47
olaylar.az

1Mənbələr