AZ

ABŞ-ın sabiq vitse- prezidenti Albert Qor da COP- a qarşı danışdı....

Image

“Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində paylaşım edib. A.Quliyev yazır: "O Albert Qor ki, 2000- ci ilin prezident seçkilərində Florida ştatında səslərin təzədən sayılması prosesində bir neçə min səs fərqi ilə kiçik Buşa məğlub olaraq Amerika siyasətini vitse- prezident postunda tərk edib.

İndi COP- a qarşı danışanların biri də o oldu. "Evronyus" televiziyasına COP sistemində ciddi islahatlara ehtiyac olduğunu deyib və islahatın nədən ibarət olduğunu da aşmağa çalışıb. lakin müvəffəq ola bilmədi. Qor bildirib ki, COP 28-ə "Dünyanın ən çirkli neft şirkətlərindən birinin rəhbəri sədrlik etdi  ( Birləşmiş Ərəb Əmirliklərinin neft şirkətini nəzərdə tutur), COP 29-a isə "ölkənin qazıntı yanacağından asılılığı ilə həmrəylik göstərən şəxs sədrlik edir ( COP 29-un təyin edilmiş prezidenti Muxtar Babayevi nəzərdə tutur).
Qorun məntiqi təbii ki, ziddiyyətlidir. Əgər o, "qazıntı yanacağına malik ölkə COP- a sədrlik edə bilməz" məntiqindən çıxış edirsə, burada "irqçilik" əlamətləri var. Məsələn, Azərbaycanı neft- qaz ehtiyatlarına malik ölkə olduğu üçün COP sədrliyi hüququndan məhrum etmək ədalətsiz və "irqçi" yanaşmadır. Eyni prinsip sabah ABŞ- ın özünə və ya Norveçə qarşı da tətbiq oluna bilər. Əgər cənab Qor neftin olub- olmamasını bir amil kimi kənara qoymağın tərəfindədirsə, o zaman Azərbaycan niyə də COP-a sədrlik haqqına malik olmasın?!
Qor Muxtar Babayevi nəzərdə tutaraq "ölkəsinin qazıntı yanacağından asılılığı ilə həmrəydir" fikrində  də ədalətli deyil.O hardan əmindir ki, ölkə rəhbərliyi qazıntı yanacağından asılılıqdan məmnundur? Bu asılılıqdan məmnunluq olsaydı, Azərbaycan iqtisadiyyatının neftdən asılılığı bir tendensiya kimi ilbəil niyə azalır? Demək, bu istiqamətdə məqsədyönlü siyasət aparılır ki, ölkənin neft- qazdan asılılığı mümkün qədər azalsın.
Məncə Qorun demək istədiyi, lakin  açıq deyə bilmədiyi mətləb budur ki, Azərbaycan COP sistemində aparıcı mövqelərə çıxmamalıdır. Niyə???Qorun bu suallara inandırıcı cavab verə biləcəyini düşünmürəm. Elə buna görə də hər şeyi açıq deməkdən çəkinir..."

Mətləb






Seçilən
26
baki-xeber.com

1Mənbələr