Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ seçkilərindən sonra Türkiyə-ABŞ münasibətlərini dəyərləndirib.
"Operativ Məlumat Mərkəzi-OMM" “TRT Haber”ə istinadən məlumatına görə, o bildirib ki, ABŞ prezidenti Tramp Qəzza ilə bağlı verdiyi sözə əməl etməlidir.
Hakan Fidan prezident Rəcəb Tayyib Ərdoğanın ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampla münasibətlərinin yaxşı olduğunu bildirib.