AZ

Kolo-Muani Almaniyaya qayıdır

“Leypsiq” qışda heyətini gücləndirəcək. Almaniya klubu nətticələrin pisləşməsnin ardından xüsusilə hücum xəttinə yeni oyunçu axtarır.

Futbolinfo.az xəbər verir ki, Bundesliqa təmsilçisinin ilk hədəfi Randal Kolo-Muandir. PSJ-də baş məşqçi Luis Enrikenin heyətdə görmək istəmədiyi Fransa millisinin üzvü özünəə yeni iş yeri axtarır. Amma “Leypsiq” onu almaq yox, mövsümün sonunadək icarəyə götürmək istəyir. Danışıqlarda Randalın sonradan birdəfəlik alınması da müzakirə mövzusudur.

Bundesliqa Kolo-Muaniyə yad çempionat deyil. PSJ onu ötən ilin yayında məhz “Ayntraxt”dan 95 milyon avroya almışdı. Amma Parisdə ümidləri doğrultmayan hücumçunun dəyəri yarıbayarı azalıb. Onun mövcud müqaviləsinin bitməsinə 35 il qalıb.

Seçilən
34
futbolinfo.az

1Mənbələr