AZ

Sabiq prezidentin pensiyasını kəsdilər

Argentina prezidenti Xavyer Miley hökuməti korrupsiya işi ilə bağlı 6 il həbs cəzasına məhkum edilmiş sabiq prezident Kristina Fernandes de Kirşnerin pensiyasının kəsilməsinə qərar verib.

Qaynarinfo yerli mediaya istinadən xəbər verir ki, bu barədə hökumət sözçüsü Manuel Adorni bildirib.

O qeyd edib ki, de Kirşner iki ayrı təqaüd maaşı alırdı və bu, dövlətə aylıq 21 min 800 dollar xərcə başa gəlirdi. Adorni bildirib ki, korrupsiya səbəbindən məhkum edilmiş bir şəxsə belə bir ödəniş etmək qəbulolunmazdır və bu səbəbdən de Kirşnerin həm təqaüd, həm də dul qadın pensiyasının ödənişi dayandırılıb. Bununla yanaşı, o, sosial təminat sistemindən faydalanmağa davam edəcək.

Adorni Miley hökumətinin korrupsiyada mühakimə olunan və Argentina xalqının ləyaqətinə xələl gətirən heç bir şəxsə dövlət vəsaiti verməyəcəyini vurğulayaraq, qərarın ölkə qanunlarına uyğun olaraq verildiyini bildirib.

Qeyd edək ki, De Kirşner 7 dekabr 2022-ci ildə Ali Məhkəmə tərəfindən təsdiqlənmiş qərarla "Yollarım idarə olunması" işi olaraq tanınan korrupsiya davasında 6 il həbs və daimi ictimai vəzifədən uzaqlaşdırılma cəzasına məhkum edilib.

2007-2015-ci illərdə Argentina prezidenti olmuş de Kirşner bu cəzanın ədalətsiz olduğunu və qadın olduğu üçün belə bir qərar verildiyini iddia edib. Moreno qəsəbəsində qadınlarla görüşü zamanı o, məhkəmə qərarına sərt reaksiya göstərib.

Aydın

Seçilən
24
1
qaynarinfo.az

2Mənbələr