AZ

“Hökm qüvvəyə minərsə, bu, siyasi qətl olacaq” – ÖZƏL

Fransa sağçı "Milli Birlik" partiyasının lideri Marin Le Pen, Paris Prokurorluğunun onun barəsində tələb etdiyi hökmə və hazırkı hakimiyyətin ittihamlarına sərt reaksiya verib. 

Olaylar.az xəbər verir ki, TF1 telekanalına açıqlamasında Le Pen, prokurorluğun qərarını "siyasi ölüm hökmü" adlandırıb.

"O (prokurorun tələbi) son dərəcə həddindən artıqdır, çünki bu, digər oxşar ittihamlarla müqayisədə qeyri-mütənasib bir hökmdür və mənim dərhal icra ediləcək siyasi ölümümün tələb olunmasına bərabərdir," - deyə Le Pen bildirib.

Fransa Prokurorluğu Le Penin beş il müddətinə azadlıqdan məhrum edilməsini və ona dövlət idarələrinə seçilmə hüququnun beş il müddətinə qadağan olunmasını tələb edir. Əgər bu hökm qəbul edilərsə, Le Pen ən azı 2027-ci ilədək Fransa prezidentliyinə namizədliyini irəli sürə bilməyəcək.

Prokurorluğun tələblərinə səbəb Avropa Parlamentinin vəsaitlərinin guya qanunsuz istifadəsi ilə bağlı qaldırılan cinayət işidir. Marin Le Pen bu ittihamları əsassız adlandıraraq, Emmanuel Makron hökumətini siyasi rəqibləri susdurmaqda ittiham edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
18
olaylar.az

1Mənbələr