AZ

COP29-dakı təcrübələrimizi əsas götürməliyik - Lukas Hammer

Biz iqlim böhranı ilə mübarizədə uğursuz olsaq, bütün uşaqlarımızın gələcəyi məhv olacaq. Biz müvafiq tədbirlər görsək, qərarlar versək, bütün tələb olunan qanunlar qəbul edilsə, bu mübarizədə qalib gələ bilərik. Qlobal Şimal və Qlobal Cənub arasında çox böyük fərqlər var. Amma bu, bizim müştərək gələcəyimizdi. Bizim öhdəliklərimiz var.

“İki sahil” xəbər verir ki, bunu Avstriya Milli Şurasının üzvü Lukas Hammer noyabrın 16-da Bakıda COP29 çərçivəsində təşkil olunmuş Parlament Görüşündə keçirilən sessiyada çıxışı zamanı deyib.

“Biz hökumətlərimizin hesabatlılığını artırmalıyıq. Hökumətlərdən tələb etməliyik ki, daha iddialı hədəflər qoyulsun, icrası təmin edilsin. Həmçinin biz dezinformasiya ilə də mübarizə aparmalıyıq. COP29-dakı təcrübələrimizi əsas götürməliyik və bunlardan işlərimizdə müntəzəm olaraq faydalanmalıyıq”, - deyə Lukas Hammer vurğulayıb.

Seçilən
26
ikisahil.az

1Mənbələr