AZ

Ditram Oppel: "Rəqəmsal texnologiyalar iqlim dəyişikliyi ilə mübarizə imkanlarını əhəmiyyətli dərəcədə genişləndirə bilər"

Rəqəmsal texnologiyalar, xüsusilə süni intellekt iqlim dəyişikliyinin təsirlərinin yumşaldılması və onlara uyğunlaşma arasında yerləşir.

“Report” xəbər verir ki, bu fikri BMT-nin İqlim Dəyişikliyi ilə bağlı Texnologiyalar üzrə Komitəsinin (UN Climate Change TEC) sədr müavini Ditram Oppel mətbuat konfransında söyləyib.

Onun sözlərinə görə, rəqəmsal texnologiyalar iqlim problemlərinin həlli imkanlarını əhəmiyyətli dərəcədə genişləndirə biləcək innovativ həllər təklif edir: "TEC “yaşıl rəqəmsal gündəlik” üzrə COP29 bəyannaməsini tam dəstəkləyir və səmərəli strategiyaların irəli sürülməsinə çalışır".

"Biz süni intellektin iqlim problemlərinin həllinin sürətləndirilməsində transformasiya potensialını qəbul edirik. Texnologiya Mexanizinin icraçı orqanı İqlim Texnologiyaları Mərkəzi və Şəbəkəsi ilə birlikdə iqlim dəyişikliyi ilə mübarizədə süni intellektdən istifadə təşəbbüsünü başlatdıq", - deyə, o qeyd edib.

BMT nümayəndəsi vurğulayıb ki, “Tech AI Innovation Grand Challenge” müsabiqəsinə erkən xəbərdarlıq sistemləri, resursların idarə edilməsi və emissiyaların azaldılması kimi sahələrdə süni intellektin potensialını nümayiş etdirən çoxsaylı müraciətlər daxil olub.

"Süni intellektin iqlim sahəsində səmərəli tədbirlər üçün istifadə olunması sevindiri haldır. İnkişaf etməkdə olan ölkələrdə müvafiq potensialın yaradılması iqlim dəyişikliyi ilə mübarizə həllərinin həyata keçirilməsi üçün mühüm əhəmiyyət kəsb edir", - D.Oppel qeyd edib.

Seçilən
22
1
report.az

2Mənbələr