AZ

Kursk uğrunda döyüşlər şiddətlənib

Kursk

Rusiya ABŞ-nın yeni prezidenti Donald Trampın administrasiyası dövründə Ukrayna ilə mümkün sülh danışıqları ərəfəsində Kursk bölgəsinə nəzarəti tam bərpa etmək istəyir.

Reyting.az
-ın məlumatına görə, “Nezavisimaya qazeta”nın baş redaktoru Konstantin Remçukov deyib ki, Moskva hər bir ukraynalı əsgəri Kursk vilayətindən çıxarmayana qədər heç bir danışıqlara başlamayacaq.

Amma Ukrayna ordusu rusların əks-hücumlarını dəf etməkdədir.

“Vaşinqton Post” yazır ki, Rusiya Kursk vilayətinin mümkün danışıqlarda təzyiq rıçaqlarından birinə çevrilə biləcəyini anlamağa başlayıb. Ona görə də Kreml regionu öz nəzarətinə qaytararaq, yalnız güclü mövqedən dialoqa girmək istəyir.

Amerika kəşfiyyatının məlumatına görə, Rusiya Kursk bölgəsinə azı 10 min Şimali Koreya əsgərini göndərib. Əlavə edilib ki, əsas əks-hücumlardan biri Donald Trampın ABŞ prezidenti seçilməsindən dərhal sonra həyata keçirilib.

Jurnalistlər rus ordusunun son əks-hücumunun rəvan keçmədiyini yazıblar. Onların fikrincə, ruslar yalnız kiçik nailiyyətlər əldə edib, həmçinin xeyli sayda canlı qüvvə və texnika itirib.

82-ci briqadanın tərkibində Kursk vilayətində kəşfiyyatda çalışan 39 yaşlı Aleksandr adlı Ukrayna əsgəri jurnalistlərə bildirib ki, son günlər Müdafiə Qüvvələri zirehli transportyorları və tankları da daxil olmaqla 50-dən çox Rusiya texnikasını məhv edib.

82-ci briqadanın İHA operatoru Artem Efanov jurnalistlərə deyib ki, o, rus qoşunlarının bataqlıqlarda və çaylarda ilişib qaldığını, palçıqlı ərazinin onların uğurla irəliləməsinə mane olduğunu görüb.

ELÇİN
Seçilən
10
reyting.az

1Mənbələr