AZ

Ərdəbilin cümə imamının COP29-da iştirak etmədiyinə görə Pezişkiana təşəkkür edib

Ərdəbilin

Anti-Azərbaycan və anti-Türk mövqeləri ilə tanınan Livan əsilli Ərdəbilin cümə imamı Seyid Həsən Amuli Bakıda iqlim dəyişikliyi konfransında iştirak etmədiyinə görə Pezeşkiana təşəkkür edib.

Gunaz.tv

“Mən cənab prezidentə Bakı konfransında iştirak etmədiyinə görə səmimi qəlbdən təşəkkür edirəm. Bütün dünya azərbaycanlıları adından bəyan edirəm ki, İsrail prezidentinin Azəri bölgəsində olmasından iyrəndik” -deyə özünü azərbaycanlı kimi göstərən bu livan əsilli din adamı öz çıxışında bildirib.

Xatırladaq ki, Seyid Həsən Amuli Qarabağın 30 illik işğalı dövründə ermənilərin minlərlə azərbaycanlı şiəni qətlə yetirməsini, Qarabağ məscidlərinin ermənilər tərəfindən təhqir edilməsini görməzdən gəlsə də özünü hələ də müsəlmanların müdafiəçisi kimi təqdim edir.

Seçilən
32
xalqcebhesi.az

1Mənbələr