AZ

Qərbin “yalan mediası” MƏHKƏMƏ QARŞISINDA: 10 milyard dollarlıq TƏZMİNAT – FOTO

“ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın vəkili Endryu Paltsik “The New York Times” qəzetini məhkəməyə verərək 10 milyard dollar təzminat tələb edəcəklərini bildirib. Demokratlar Partiyasına işləyən mətbu orqan siyasi opponentlərə qarşı böhtanın konversiya yolu ilə istehsalında, yəni bu prosesin artıq “sənayeləşdirilməsi”ndə suçlandırılır”.

Medianews.az xəbər verir ki, bu barədə millət vəkili Sahib Alıyev bildirib.

O qeyd edib ki, “The New York Times” qəzeti Azərbaycana qarşı dezinformasiya yayan media qurumları arasında da yer alır.

Deputatın qənaətincə, alman media qurumu «Deutsche Welle» də ölkəmizə qarşı Seyid Əhməd əli ilə pislik etmək metoduna əl atır: “Xatırladım ki, Bakıda COP29-un Liderlər Sammitinin açılışındakı çıxışında Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizlə bağlı dezinformasiya yayanların arasında qərbin “yalan mediası”nın da adını çəkmişdi. Onlardan da biri məhz haqqında bəhs edilən “The New York Times”-dır. Yeri gəlmişkən, həmin qəzet və daha bir qlobal media funksiyasını yerinə yetirən dezinformasiya vasitəsi «Deutsche Welle» bu günlərdə Seyid Əhməd əli ilə pislik etmək metoduna əl ataraq, birincisi İranın Ermənistandakı səfirini, ikincisi isə Hindistanın COP29-a qatılmış təmsilçisini Azərbaycan əleyhinə danışdırmağa cəhd edib. Hindistanlı alman jurnalistin hər birindən qərəz tökülən suallarını obyektiv cavablandırıb. İranın Ermənistandakı həm də səfirinə gəldikdə, o, verdiyi müsahibədə ikibaşlı cümlələr işlədib”.

Millət vəkili S.Alıyevin sözlərinə görə, səfir müsahibəsində iddia edib ki, guya kimsə bu regionda sərhədləri dəyişmək istəyir: “İranın Ermənistandakı səfiri söyləyib ki, Rusiya bu məqama göz yumsa da, ölkəsi buna yol verməyəcək. Mehdi Sübhaninin İranla Rusiyanın heç də müttəfiq olmadıqları, bu regionda maraqlarının ancaq bəzi məsələlərdə üst-üstə düşdüyü haqda açıqlamasının isə əlbəttə, mərkəzlə, ilk növbədə SEPAH-la razılaşdırılmaması mümkünsüzdür. Elə “The New York Times”-ın İranın Ermənistandakı səfirinə tribuna verməsi də qəzetin öz təşəbbüsü yox, ABŞ Dövlət Departamentinin sifarişidir. Ümumiyyətlə, ABŞ və İranın Ermənistandakı səfirləri, eləcə də SEPAH-la Birləşmiş Ştatlardakı bəlli strukturlar arasında ünsiyyətin və hətta sövdələşmənin olması heç də sirr deyil”.

Ərtürk İSMAYIL

Seçilən
12
medianews.az

1Mənbələr