AZ

COP for Hope: İnkişaf etmiş ölkələrin maliyyə məsələsində qətiyyətli addımlar atacağına inanırıq - COP29-un əcnəbi iştirakçısı

Bakı. Trend:

COP29 çərçivəsində Trend BİA “COP for Hope” adlıxüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi iləmübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkərəhbərlərinin və müxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, elm vəekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkanyaradır.

Budəfəki müsahibimiz "People Empowering People (PEP)Africa" beynəlxalq təşəbbüsünün nümayəndəsi MelvinVaciridir.

O, Trend-ə açıqlamasında bildirib ki, inkişaf etmiş ölkələrinmaliyyə məsələsində qətiyyətli addımlar atacağına ümid edirlər.

Melvin Vaciri, Bakıda olmaqdan məmnun olduğunu bildirib:

"Bakı gözəl şəhərdir. Zəngin tarixə və cazibədar memarlıqüslubuna malikdir. Burada insanlar çox mehribandır. Bakı Qərb vəCənub ölkələrinin nümayəndələrinə qapı açıb və burada iqlimdəyişmələri ilə bağlı olduqca önəmli məsələlərin müzakirəsinə imkanyaradıb. Buna görə də rəsmi Bakıya təşəkkürümü bildirməkistəyirəm".

"COP29-la bağlı əsas mesajım odur ki, biz ətraf mühitlə dostolmalıyıq. Canlıları və ümumilikdə dünyamızı iqlim dəyişikliyininqurbanına çevirməməli, əlimizdən gələnin ən yaxşısını etməliyik.Burada üzv dövlətlərin üzərlərinə düşən öhdəlikləri yerinəyetirmələri də vacibdir. Xüsusən də inkişaf etmiş ölkələrin maliyyəməsələsində qətiyyətli addımlar atacağına ümid edirik", - M. Vaciriqeyd edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
48
az.trend.az

1Mənbələr