Ukrayna ABŞ-dan Konqresin təsdiq etdiyi yardımın yalnız bir hissəsini alıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski bildirib.
Ukrayna lideri xatırladıb ki, ABŞ Kiyevə 175-177 milyard dollar məbləğində yardımın ayrılmasını təsdiqləyib, lakin bu məbləğin yalnız yarısı Ukraynaya çatıb.
Zelenski qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri şərq cəbhəsində çətin vəziyyətə düşüb. O qeyd edib ki, döyüş bölgəsində belə vəziyyət müxtəlif səbəblərdən yaranıb. Xüsusilə, Ukrayna Silahlı Qüvvələrinin briqadalarının təlim keçmiş əsgərlərlə kifayət qədər ləng doldurulması və Qərb silahlarının tədarükü öz təsirini göstərdi.