AZ

Çiy küftədən öldü


Bursanın İnegöl rayonunda yerli sakin yemək yeyərkən nəfəs borusunun tıxanması nəticəsində həyatını itirib.

Bakupost.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, dünən 38 yaşlı Şakir Dəmir yaşadığı evdə çiy köftə yedikdən sonra nəfəs borusu tıxanıb.

Dəmirin ailəsi onu hərəkətsiz vəziyyətdə tapıb. Təcili tibbi yardım dərhal hadisə yerinə gəlib, ürək masajı edərək Dəmirin ürəyini yenidən işə salmağa müvəffəq olub. O, təcili yardımla İnegöl Dövlət Xəstəxanasına aparılıb və reanimasiya şöbəsinə yerləşdirilib. Evli və üç uşaq atası olan Dəmir 13 saat sonra dünyasını dəyişib.


Hadisə ilə bağlı araşdırmalar davam edir.
Seçilən
13
2
medicina.az

3Mənbələr