2024-cü ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda ortaaylıq əməkhaqqı 993 manata düşüb.
Sfera.az rəsmi dövlət statistikasına istinadən xəbər verir ki, yanvar-avqustda orta maaş məbləği 997,1 manat, yanvar-iyunda 1002,8 manat, yanvar-apreldə 1007,5 manat təşkil edirdi.
Müqayisə göstərir ki, son 5 ayda orta əməkhaqqının nominal məbləği 14,5 manat azalıb.
Beşaylıq dövrdə orta əməkhaqqı azalmaqla yanaşı onun bir il əvvəlki dövrlə müqayisədə artım sürəti də zəifləyib.
Yanvar-apreldə orta əməkhaqqı əvvəlki ilin eyni dövrünə nisbətən 10,2 faiz artdığı halda yanvar-sentyabrda əvvəlki ilin eyni dövrünə nisbətən artım 8 faiz olub.
Vasif