ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp 2024-cü il kampaniyasının sözçüsü Karolin Levittin yanvar ayında vəzifəyə başladıqdan sonra Ağ Evin mətbuat katibi olacağını açıqlayıb.
NOCOMMENT.az xəbər verir ki, 27 yaşında olan Leavitt bu vəzifəni tutan ən gənc şəxs kimi tarixə düşəcək.
Tramp Leavitti kampaniyası zamanı göstərdiyi performansa görə tərifləyib:
“Karoline Leavitt mənim Tarixi Kampaniyamda Milli Mətbuat katibi kimi fenomenal bir iş gördü” dedi. “O, ağıllı, sərtdir və özünü yüksək effektiv ünsiyyətçi kimi sübut etmişdir. Mən onun podiumda üstün olacağına və Amerikanı Yenidən Möhtəşəm Etdiyimizə görə mesajımızı xalqa çatdırmağa kömək edəcəyinə tam əminəm”.