Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində yer aldığı VII qrupda İrlandiyaya uduzub.
Fanat.Az xəbər verir ki, Moldovanın paytaxtı Kişinyovdakı “Zimbru-2” stadionunda baş tutan qarşılaşma təmsilçimizin 0:4 hesablı məğlubiyyəti ilə başa çatıb.
Qeyd edək ki, Elxan Abdullayevin çalışdırdığı yığma ilk görüşdə İslandiyaya da eyni hesabla uduzub. Təmsilçimiz qrupda son matçını noyabrın 19-da Moldova seçməsinə qarşı keçirəcək.