AZ

X sosial şəbəkəsi irqçilik səbəbindən milyonlarla istifadəçi itirib

İngiltərənin məşhur qəzeti "The Guardian", irqçilik və sui-qəsd nəzəriyyələri kimi “narahat edici məzmunlara” etiraz əlaməti olaraq, 13 noyabrdan etibarən X (əvvəlki Twitter) platformasında paylaşımlarını dayandırdığını açıqlayıb. 10,7 milyon izləyicisi olan qəzetin bu qərarına X platformasının sahibi İlon Mask, "Onların heç bir əhəmiyyəti yoxdur" deyə cavab verib.  

Fins.az xəbər verir ki, "The Guardian"-ın bu addımı, sosial mediada geniş müzakirələrə səbəb olub. Son zamanlar X platformasında tanınmış şəxslər və təşkilatlar platformanı tərk edir. Məşhur CNN aparıcısı Don Lemon və İngiltərənin Rəqəmsal Nifrətlə Mübarizə Mərkəzi (CCDH) də platformadan çəkilənlər arasındadır.  

Eyni zamanda, X platformasından kütləvi imtina çağırışları da artır. “X-odus” adlı həştəqlə istifadəçilər, 20 yanvarda platformadan çıxmaq üçün kütləvi kampaniyalar təşkil edirlər. Bu tarix, keçmiş ABŞ prezidenti Donald Trampın andiçmə mərasiminin keçirildiyi günə təsadüf edir. Maskın Trampa dəstəyi və platformanın idarəçiliyindəki dəyişikliklər, istifadəçilər arasında narazılığı artıran əsas faktorlardan biridir.  

Platformanın bu gərgin dövrdə necə reaksiya verəcəyi və istifadəçi bazasında mümkün dəyişikliklər maraqla gözlənilir. 

Zemfira Ms
Fins.az

Seçilən
43
fins.az

1Mənbələr