Kipr Respublikası "Mistral" raketləri almağa hazırlaşır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Cyprus Mail" qəzeti məlumat yayıb.
Fransa istehsalı olan bu zenit raketləri Aİ-nin müdafiə satınalma mexanizmi EDIRPA vasitəsilə əldə ediləcək.
Proqram beş ayrı müdafiə layihəsinin maliyyələşdirilməsinə ümumilikdə 300 milyon avro ayırıb.