AZ

İran BMT-dəki nümayəndəsinin İlon Maskla görüşünü təkzib etdi

İRNA xəbər verir ki, bu gün İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai amerikalı milyarder İlon Maskla İslam Respublikasının BMT-dəki nümayəndəsi Əmir Səid İrəvaninin görüşünü təkzib edib. 

“Amerika mediasında İlon Maskla BMT-dəki nümayəndəmizin Nyu-Yorkda görüşü ilə bağlı xəbərlər tamamilə yalandır. ABŞ mətbuatının belə bir mövzunu işıqlandırması məni təəccübləndirib”, - deyə, Bəqai vurğulayıb.

Qeyd edək ki, dünən “The New York Times” qəzeti amerikalı milyarderlə Əmir Səid İrəvaninin görüşdüyü barədə xəbər dərc edib. 

"Cebheinfo.az"

Seçilən
15
2
cebheinfo.az

3Mənbələr