Ermənistan tərəfinin bəyanatları İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) bütün iş formatlarından uzaqlaşdığını göstərir. “TASS”-ın məlumatına görə, bu barədə jurnalistlərə Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Aleksandr Pankin Ermənistanın KTMT-nin noyabrın 28-də keçiriləcək sammitində iştirakının mümkünlüyü ilə bağlı sualı cavablandırarkən bildirib.
Sammit Astanada keçiriləcək və burada Tacikistan-Əfqanıstan sərhədinin möhkəmləndirilməsi proqramının təsdiqlənməsi gözlənilir.
Baş diplomatdan Ermənistanın qarşıdakı KTMT tədbirlərində, o cümlədən liderlərin görüşündə iştirak etmək şansının olub-olmaması ilə bağlı sual verilib. “Sualı erməni tərəfinə ünvanlayın”, - deyə Pankin cavab verib: “Lakin erməni tərəfinin bəyanatlarına əsasən, indiki mərhələdə o, müxtəlif səviyyələrdə KTMT-nin bütün formatlarında iştirakdan uzaqlaşır.
Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, “KTMT Ermənistanın təhlükəsizliyinə, onun gələcək mövcudluğuna və suverenliyinə təhdidlər yaradır”. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Varşavada keçirilən beynəlxalq təhlükəsizlik forumunda bildirib ki, İrəvan KTMT-dən çıxmaq qərarı ilə bağlı bütün riskləri hesablayır.
Almaz Həsənli