AZ

Politoloq: İndiki beynəlxalq siyasi nizamda Fransa və Niderland kimi ölkələrin cəzalandırılması mümkün görünmür...

COP29-da Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Niderland və Fransanın müstəmləkəçilik siyasətinə qarşı aksiya keçirilib...

Məhəmməd Əsədullazadə: “Fransa və Niderland 21-ci əsrdə hələ də öz imperialist siyasətlərini davam etdirirlər. Bu gün Bakı Təşəbbüs Qrupu məhz onlar ifşa etməkdədir”.

“Fransanın bu terroru beynəlxalq hüququn hökm sürdüyü vaxtda etməsi, əlbəttə ki, dünyada beynəlxalq hüququn yox olmasına işarədir. Bakı Təşəbbüs Qrupu da bu məsələləri gündəmə gətirir”.

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Niderland və Fransanın müstəmləkəçilik siyasətinə qarşı keçirilən aksiyanı Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi COP29-da Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Niderland və Fransanın müstəmləkəçilik siyasətinə qarşı aksiya keçirilib. Aksiya iştirakçıları “Yaşıl və dekolonizasiya olunmuş dünya naminə həmrəylik” adlı şüar qaldırılıb. Aksiyada bu ölkələrin müstəmləkəçiliyindən əziyyət çəkən dövlətlərin nümayəndələri iştirak edib. Məlumdur ki, Fransa özünün bütün nüvə sınaqlarını koloniyalarında həyata keçirir və bu da iqlim böhranına xüsusi mənfi təsir göstərir. Həmçinin Paris müstəmləkə olaraq gördüyü Afrika ölkələrinin və Sakit okean adalarının təbii sərvətlərini də amansızcasına istismar edir.

Bəs buna görə Fransanı məsuliyyətə cəlb etməyin yolları varmı?

Mövzunu Poliqon-un əməkdaşı Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə ilə müzakirə edib.

 

Məhəmməd Əsədullazadə: “Əgər beynəlxalq hüquq bir olarsa, vahid mövqedən çıxış edilərsə, Fransanın cəzalandırılması mümkündür”.

Bakı Təşəbbüs Qrupunun çox uğurlu aksiya və uğurlu şüar həyata keçirduyinə nəzər salan politoloq bunun beynəlxalq aləmdə Fransanın müstəmləkə siyasətinə münasibətin formalaşmasına gətirib çıxaracağını düşünür:

“Fransa və Niderland 21-ci əsrdə hələ də öz imperialist siyasətlərini davam etdirirlər. Bu gün Bakı Təşəbbüs Qrupu məhz onlar ifşa etməkdədirlər. Onlar böyük uğurlu işlər həyata keçirirlər. Artıq tamamilə bəllidir ki, Fransa hələ də imperialist və müstəmləkə siyasəti aparır. Bunu müstəmləkə siyasətinə məruz qalan ada dövlətlərində görüşmək olar. Onlar tamamilə ikinci dərəcəli insanlar kimi qəbul edirlər. Eyni zamanda həmin ada dövlətlərin ekologiyasına da ciddi zərər vururlar. Onların yeraltı sərvətlərini, təbii sərvətlərini daşıyırlar. Həmçinin ada dövlətlərdə kimyəvi nüvə silahının sınağını həyata keçirirlər. Bu da əlbəttə ki, yaşıl dünyaya, atmosferə böyük ekoloji terrordur.

Fransanın bu terroru beynəlxalq hüququn hökm sürdüyü vaxtda etməsi, əlbəttə ki, dünyada beynəlxalq hüququn yox olmasına işarədir. Bakı Təşəbbüs Qrupu da bu məsələləri gündəmə gətirir. Fransa kifayət qədər sıxışdırılır. Məhz BMT-nin İnsan Hüquqları Komitəsi Fransanın müstəmləkə siyasəti apardığını, ada ölkələrinin haqqının kobud şəkildə pozulduğunu Fransaya bildirib.

Məhəmməd Əsədullazadə: “Gələcəkdə bu ada dövlətlərin müstəqillik əldə etmələri üçün bu kimi təşəbbüslərin, aksiyaları rolu xüsusi əhəmiyyət daşıyır”.

Əgər beynəlxalq hüquq bir olarsa, vahid mövqedən çıxış edilərsə, Fransanın cəzalandırılması mümkündür. Amma biz görürük ki, Fransa hələ də öz hərbi və iqtisadi qüdrətindən istifadə edərək imperialist siyasətindən əl çəkmir. Çünki Fransanın inkişafı məhz dənizaşırı ada dövlətlərinin sərvətləri də daha da inkişaf edir.

Bakı Təşəbbüs Qrupu çox uğurlu aksiya və uğurlu şüar həyata keçirir. Düşünürəm ki, bu beynəlxalq aləmdə Fransanın müstəmləkə siyasətinə münasibətin formalaşmasına gətirib çıxaracaq. Doğrudur, indiki beynəlxalq siyasi nizamla Fransa və Niderlandın cəzalandırılması mümkün görünmür. Amma bu gələcək müstəvidə lazımlı olacaq. Plan hazırlanır. Gələcəkdə bu ada dövlətlərin müstəqillik əldə etməkləri üçün bu kimi təşəbbüslərin, aksiyaları rolu xüsusi əhəmiyyət daşıyır”.

Nərminə UMUDLU
Poliqon.info

Seçilən
52
poliqon.info

1Mənbələr