Bakı. Trend:
İşa Xeyriyyə Fondunun təsisçisi Sadhquru Prezident İlham Əliyevətəbrik məktubu ünvanlayıb.
Trend xəbər verir ki,məktubda deyilir:
"Möhtərəm cənab Prezident İlham Əliyev.
Yenidən gözəl Azərbaycana və gözəl Bakı şəhərinə gəlmək mənimüçün böyük şərəfdir. İkinci səfərim zamanı mənə göstərdiyiniz sevgivə səmimiyyətə görə minnətdaram.
Azərbaycan COP-un ən mühüm sammitlərindən birinə ev sahibliyiedir. Planetimizin torpaqlarının qlobal səviyyədə dəhşətliçirklənməsinə səbəb olan böhranla üz-üzə olduğu bir dövrdə yaşıldünya naminə həmrəylik böyük əhəmiyyət daşıyır və aktualdır.Torpaqların sağlamlaşdırılmasının təcili diqqətə ehtiyacı olduğunadair dünya dövlətləri arasında geniş konsensusu nəzərə alaraqAzərbaycanın bu gün torpağın sağlamlaşdırılması və münbitliyininbərpası istiqamətində regionda liderlik etmək, torpağın qida, sutəhlükəsizliyinə və biomüxtəlifliyə, iqtisadiyyata və ekologiyayatəsirini nümayiş etdirmək imkanı var.
“Save Soil” hərəkatı inkişaf edən və zəngin nemətlərə malikplanetin bərpasına dərindən sadiqliyini bildirir. Biz daha yaşıl vədaha sağlam planetə kollektiv baxışımızı nümayiş etdirmək məqsədiləölkənizin torpağın yenidən sağlamlaşdırılmasında bütün MərkəziAsiya regionunda lider rolunu oynaması üçün hər cür lazımi dəstəyitəklif edəcəyik.
Bu möhtəşəm tədbirə ev sahibliyi etdiyinizə, o cümlədən səmimivə yüksək səviyyəli qonaqpərvərliyə görə Sizi və Azərbaycan xalqınıtəbrik edir, minnətdarlığımızı bildiririk".