AZ

Məşhur aktrisa: “Bacı olsaydıq…”

İştirak etdiyi layihələr və verdiyi açıqlamalarla tez-tez gündəm olan türkiyəli məşhur aktrisa Farah Zeynep Abdullah İnstaqram hesabında izləyiciləri ilə sual-cavab sessiyası keçirib.

"Cebheinfo.az”a xəbər verir ki, 35 yaşlı aktrisa izləyicilərindən birinin "Həyatınız bir film olsaydı, sizi kimin canlandırmasını istərdiniz?" sualına həmkarı, gənc aktrisa Ahsen Eroğlunun adını çəkib.

Farah açıqlamasında, "Düşünürəm ki, Ahsen Eroğlu ilə bir birimizə çox oxşarıq. Hərdən elə bilirdim ki, o adam mənəm. "Erşan Kuneri”dəki sənsən deyə, çoxlu videolar göndərirlər. Bacı olsaydıq, ancaq bu qədər oxşar olardıq" deyib. 

Seçilən
22
cebheinfo.az

1Mənbələr