AZ

Vaxt gələcək “su qədər baha!” deyəcəyik - ANONS

Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) davam edir. COP29-a evsahibliyi edən Azərbaycana dünyanın təxminən 190-dan çox ölkəsindən 75 mindən çox nümayəndə gəlib. Liderlərlə yanaşı, dünyanın dörd bir yanından elm adamları da ekoloji problemlərə diqqət çəkmək, yaşıl dünya üçün bir araya gəliblər.
COP29 çərçivəsində keçirilən maliyyə, investisiya və ticarət mövzusundakı panel görüşdə iştirak edən Murat Altuğ Karataş Modern.az-a müsahibə verib. Enerji səmərəliliyi üzrə mütəxəssis olan Murat Altuğla müsahibədən anonsu təqdim edirik

- Su ehtiyatlarının tükəndiyi barədə mesajı insanlara necə çatdıraq ki, ekoloji problemlərə diqqət artsın?


- Türkiyədə hansısa məhsulun ucuz olduğunu bildirmək üçün belə bir deyim var: “Su qədər ucuz”.
Azərbaycanda da səhv etmirəmsə, “su qiymətinə” deyirlər. Amma ekoloji problemlərin, su qıtlığının qarşısını almaq üçün konkret addımlar atılmasa, dünyada ən bahalı resurs məhz su olacaq. Onda da bahalı məhsullara “su qədər bahadır” deyəcəyik. Su ehtiyatlarımız sadəcə bu günlər üçün yetərlidir, gələcəkdə nə olacağı qeyri-müəyyən qalır, amma yenə də su ucuzdur. İnsanlar suyu ucuz bilib daha çox israf edirlər, bəlkə də suyun qiyməti indidən artırılmalıdır ki, insanlar onun da dəyərini bilsinlər. Beləliklə evdə, təsərrüfatda su israfına yol verməzlər və bu problemin nə qədər ciddi olduğunun fərqinə vararlar. 

Seçilən
32
modern.az

1Mənbələr