Azərbaycan yığması bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində Qəbələdə Estoniyanı qəbul edəcək.
Fanat.Az xəbər verir ki, C Liqasının I qrupunun oyunu saat 18:00-da başlayacaq.
Matçı Şotlandiyadan olan FIFA referisi Con Biton idarə edəcək. Qrupun digər görüşündə Slovakiya İsveçin qonağı olacaq. Bu oyunun start fiti Bakı vaxtı ilə saat 23:45-də səslənəcək.
Azərbaycan millisi əvvəlki dörd qarşılaşmada Estoniya (1:3), Slovakiya (0:2, 1:3) və İsveçə (1:3) uduzub.
UEFA Millətlər Liqası
C Liqası, 1-ci qrup
16 noyabr
V tur
18:00. Azərbaycan - Estoniya
Baş hakim: Con Biton (Şotlandiya).
Qəbələ şəhər stadionu.
Azərbaycan: 23. Rza Cəfərov, 3. Elvin Cəfərquliyev, 6. Ozan Can Kökçü, 7. Coşqun Diniyev, 11. Ramil Şeydaev, 13. Rahil Məmmədov, 15. Bədavi Hüseynov (k), 17. Toral Bayramov, 20. Aleksey İsaev, 21. Abbas Hüseynov, 22. Musa Qurbanlı
Ehtiyat oyunçular: 1. Nicat Mehbaliyev, 12. Aydın Bayramov, 2. Amin Seydiyev, 4. Bəhlul Mustafazadə, 5. Anton Krivotsyuk, 8. İsmayıl İbrahimli, 9. Nəriman Axundzadə, 10. Mustafa Əhmədzadə, 14. Zamiq Əliyev, 16. Səbuhi Abdullazadə, 18. Ceyhun Nuriyev, 19. Xəyal Nacafov
Estoniya: 12. Karl Hayn, 4. Maykl Şönninq-Larsen, 5. Rokko Şayn, 8. Henri Anier, 11. Kevor Palumets, 13. Maksim Paskotsi, 16. Conas Tamm, 17. Martin Miller, 18. Karol Mets (k), 20. Markus Pum, 23. Vlasiy Sinyavskiy
Ehtiyat oyunçular: 1. Matvey İgonen, 22. Karl Volner, 2. Markus Soomets, 3. Cosef Saliste, 6. Rasmus Pitson, 7. Robi Saarma, 9. Yohan Yakovlev, 10. Sergey Zencov, 14. Patrik Kristal, 15. Aleks Tamm, 19. Maykl Lilander, 21. Martin Vetkal
Qeyd edək ki, I qrupda İsveç və Slovakiyanın 10, Estoniyanın 3 xalı var. Yığmamız isə hələlik xal qazana bilməyib.