AZ

Hindistanda xəstəxanada yanğın - 10 yeni doğulmuş körpə öldü

Hindistanın şimalında xəstəxananın yeni doğulmuş reanimasiya şöbəsində yanğın baş verib.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, yanğın bu gün Uttar Pradeş ştatının Chansi şəhərindəki xəstəxanada baş verib. Rəsmilər yanğının 55 körpənin müalicə olunduğu palataya sürətlə yayıldığını bildiriblər. 

Yanğın nəticəsində 10 yeni doğulmuş körpə ölüb, 16 nəfər yaralanıb. 45 körpə xilas edilib və onlara tibbi yardım göstərilir.

Yanğının nədən qaynaqlandığı açıqlanmayıb.

Nərmin Mahmudova
Milli.Az

Seçilən
17
16
milli.az

10Mənbələr