AZ

10 ildir fəaliyyət göstərən Proqram 2028-ci ilədək uzadıldı...

Image

İlqar Orucov: “SABAH qruplarında tədrisin yüksək keyfiyyətli olması baxımından özünü doğrultması əhəmiyyətlidir”

Prezident İlham Əliyev ali təhsildə yeni məzmunlu təhsil proqramlarının əhatə dairəsinin genişləndirilməsi və maliyyələşdirilməsi barədə sərəncam imzalayıb. 

Sərəncam ali təhsil sistemində kəmiyyət əsaslı maliyyələşdirmədən keyfiyyət əsaslı maliyyələşdirməyə keçidin təmin olunması və maliyyələşdirmə mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə imzalanıb. Sənədə əsasən, SABAH proqramının əhatə dairəsi 2025‒2026-cı tədris ilindən başlayaraq mərhələlərlə 2028-ci ilədək genişləndirilir. 

“SABAH proqramının məzmunu ənənəvi proqram məzmunundan xeyli fərqlənir, müasir, innovativ və təhsilalanların bacarıqlara yiyələnməsi təmin edilir”

Sərəncamın əhəmiyyəti ilə bağlı fikir bildirən Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri Ilqar Orucov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, imzalanan sərəncam əvvəlki illərdə uğurla həyata keçirilən SABAH proqramı çərçivəsində ali təhsilin yeni məzmunlu proqramlarının tədbiqinin davam etməsini özündə ehtiva edir: “Məlumdur ki, 2014-cu ildə tətbiq olunan SABAH proqramları kifayət qədər uğurludur və faydaları da olub. SABAH proqramına yüksək balla ali məktəbə qəbul olmuş tələbələr cəlb olunur. O da bəllidir ki, SABAH proqramının məzmunu ənənəvi proqram məzmunundan xeyli fərqlənir. Müasir, innovativ və təhsilalanların bacarıqlara yiyələnməsi təmin edilir. Həmçinin, dərinləşdirilmiş xarici dildə tədris olunur. Bu isə əmək bazarı üçün olduqca əhəmiyyətlidir. Onu da deyim ki, SABAH proqramlarında tələbərin təhsili stimullaşdırılır. Stimullaşma təqaüddə də hiss olunur. Bu isə təhsilalanların motivasiyası baxımından əhəmiyyətlidir”.

Həmsöhbətimizin sözlərinə görə, ali təhsilin məqsədi dövlətin yüksək ixtisaslı kadr təyinatını həyata keçirməkdir: “Bu baxımdan  hesab edirəm ki, həm əvvəlki illərin müsbət təcrübəsi, həm də SABAH qruplarında tədrisin yüksək keyfiyyətli olması baxımından özünü doğrultması əhəmiyyətlidir. O da məlumdur ki, ali təhsilin qarşısında duran əsas məsələ təhsilin məzmununun yenilənməsidir. Tək təhsilalanlar deyil, eyni zamanda, təhsilverənlər də yeniliklərdən xəbərdar olmalıdır. Prezident İlham Əliyev tərəfindən  ali təhsildə yeni məzmunlu təhsil proqramlarının əhatə dairəsinin genişləndirilməsi və maliyyələşdirilməsi barədə sərəncamın verilməsi kifayət qədər əhəmiyyətlidir”.

Günel CƏLİLOVA





Seçilən
21
baki-xeber.com

1Mənbələr