AZ

Ən müasir texnologiyalar iqlim dəyişikliyi ilə bağlı hədəflər və resursların istifadəsi arasında balans yarada bilər – ABŞ konqresmeni

Bakı. Trend:

Ətraf mühitin çirklənməsi ilə mübarizə və tullantıların idarəedilməsi üçün qabaqcıl texnologiyaların rolu iqlim dəyişikliyi iləmübarizədə həlledici əhəmiyyət kəsb edir.

Trend xəbərverir ki, bunu COP29 çərçivəsində keçirilən mətbuat konfransındaABŞ konqresmeni Morqan Qriffit deyib.

Qriffit öz regionunda qazandığı konkret nailiyyətləri, ocümlədən, kömür laylarından və fəaliyyət göstərən şaxtalardan metanemissiyalarının azaldılmasına yönəlmiş texnologiyalarıvurğulayıb.

"Artıq fəaliyyət göstərən şaxtalardan birbaşa metan çıxaran birşirkətimiz var. Bu innovasiya qlobal miqyasda tətbiq potensialınamalikdir", — o bildirib.

O, həmçinin, sənaye tullantılarından müəyyən qazların təcridedilməsi üçün ixtisaslaşmış filtrasiya sistemləri hazırlayan birşirkət haqqında danışdı. "Onlara hansı növ qazın çıxarılmalıolduğunu deyirsiniz — istər zavoddan, istərsə də atmosferdən olsun— və onlar bunu edə bilirlər. Bu, oyunun qaydalarını dəyişir", —Qriffit bildirib.

Konqresmen iqlim hədəflərinə çatmağa çalışarkən təbiiresurslarla zəngin regionların cəzalandırılmamasının vacibliyinivurğuladı. "Təbii resurslara malik olan region tamamilə qalıqyanacaqlardan imtina etməyə məcbur edilməməlidir. Bunun əvəzinə,düzgün texnologiya ilə balanslaşdırılmış həllər tapa bilərik", —deyə o bildirib.

Qriffit COP29 konfransında bu texnologiyaları həm ABŞ-da, həm dəxaricdə təşviq etməyə hazır olduğunu bildirdi.

"Mən buradayam ki, bu ideyaları paylaşım, çünki innovasiyalarsayəsində biz Amerika və dünyanı daha təmiz edə bilərik", — deyə oyekunlaşdırıb.

Məqalədə:
Seçilən
29
az.trend.az

1Mənbələr