“COP29 çərçivəsində “ACWA Power” şirkətinin baş icraçı direktoru Marko Arçelli ilə görüşümüzdə yaşıl enerji layihələri üzrə şirkətin ölkəmizlə birgə fəaliyyətinin uğurla irəliləməsindən məmnunluq ifadə etdik”.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.
Nazir əlavə edib ki, görüşdə Azərbaycanda əlverişli investisiya imkanlarının artırılması, SOCAR-la əməkdaşlığın şaxələndirilməsi və iqtisadiyyatın karbonsuzlaşdırılması istiqamətində atılan addımlar nəzərdən keçirilib.