AZ

Daşı daş üstə qoymaq

Bu gün daşı daş üstə qoymaq çox çətin işdir.

Ən azından ona görə ki, tikinti bazarında bütün inşaat materiallarının qiyməti çox bahadır. Və bahalıq şəraitində qanuni  , qanunsuz insanlar özlərinə Bakıda , eləcə də digər yerlərdə evlər tikirlər. Hətta bir adam qanunsuz ev tikəndə  belə  neçə- neçə dövlət qurumunun nümayəndəsi gəlib oranı görür. Onların razılığı olmadan daşı daş üstə qoymaq olmaz. Yəni onların şifahi razılığı əsasında  camaat özünə ev tikir.

Özü də çox böyük çətinliklə! Ev hazır olur,insanlar ora köçüb yaşayır. İllər keçəndə sonra  icra hakimiyyətinin nümayəndələri gəlib deyirlər ki, bəs bu ev qanunsuz tikilib, sökülməlidir. Ay hörmət məmurlar, bəs indiyə kimi harda idiniz, məgər bu evlər sizin gözünüzün qabağında tikilməyibmi?!  

Divara bir mismar vuran kimi onun səsi İcra Hakimiyyətinə kimi gedib çıxır. Onda bu tikilini niyə görmürdünüz? Amma buna baxan kimdir, evi bulduzerin  qabağına verib dağıdırlar. Hansı ki, söküntü işi aparmaq  üçün məhkəmə qərarı olmalıdır.Son vaxtlar neçə- neçə insanın evi sökülüb.Bakıda və Gəncədə sökülən evlər az deyil! Demirsiniz, o evlər sənədsizdir.Onda zəhmət çəkib sənədləşdirin!

 Sənədsiz evlərin sənədləşdirilməsilə bağlı məlum qərar da var! İnsanları narazı salmaq lazım deyil. Sadəcə olaraq həmin qərarı icra etmək lazımdır. Bizcə, bu, sənədsiz ev sahiblərinin  böyük sevincinə səbəb olar!

Emil Faiqoğlu

Seçilən
15
adalet.az

1Mənbələr