AZ

Paşinyanın beş doğrusunu aparan bir səhvi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İnansa da, inanmasa da hamı sınaqdadır. Ən çətin imtahanı yükü çox olanlar verir. Ali məktəblərə qəbul imtahanları daha populyardır. 11 və bəzən 12 illik təhsil proqramının mənimsənilməsi üzrə buraxılış imtahanları verilir. Təhsilini davam etdirmək istəyən bir çox məzunun biliyi yenidən sınaqdan keçirilir. Bu imtahanların adətən bir qaydası da olur: dörd səhv bir düzü aparır.
Qaydanın ədalətlilik dərəcəsindən asılı olmayaraq, bu, artıq qəbul olunmuş prinsipdir.
Buna oxşar prinsipi Ermənistanın baş naziri Nikol Paşinyan və komandasına da tətbiq etmək olar. Ancaq bu müstəvidə bir səhv beş düzü aparır. Çünki dövlət rəsmisinin xətası daha böyükdür.
Azərbaycanın torpaqlarını Ermənistan və havadarlarının işğalından təmizləməsi rəsmi İrəvanı da doğru danışmağa, xülya və iddialardan imtina etməyə vadar edib. Paşinyan və ailəsi də bu əks-həmlə əməliyyatınadək ənənəvi anti-Azərbaycan, anti-Türkiyə hikkəsi, iddiası ilə yaşayırdı.
2019-cu ilin oktyabrında İranın paytaxtı Tehranda "Ararat" adlı idman kompleksində erməni icması ilə görüşdə "Qarabağ Ermənistandır, nöqtə!" deyən Paşinyan bir il sonra bu şüarı 180 dərəcə dəyişməyə məcbur edildi. Prezident İlham Əliyevin "Qarabağ Azərbaycandır, nida" ifadəsini erməni rəsmiləri az qala xorla təkrarlamağa başladılar. Onlar indi də bunu yeri düşən kimi səsləndirirlər.
Nikol və komada üzvləri bundan sonrakı çıxışlarında "Qarabağ Azərbaycanın ərazisidir. Tarixən orada türklər (azərbaycanlılar) yaşayıblar" deyə vurğulayırlar.
Onda İran hakimiyyəti də baş nazirin protokol qaydalarını pozmasına göz yummuşdu.
Hakimiyyətə gəlişindən iki il sonra bu həqiqəti etiraf etməsi Nikol Paşinyan və komandasının birinci düzü idi.
Bu hadisədən sonra sanki onun düzü deməsi üçün sifəti dəyişməyə başladı. Paşinyan müəyyən mənada mütərəqqi doğrunu anlayan, türklərə (azərbaycanlılara) qarşı düşmənliyin mənasız olduğunu başa düşən kimi görünməyə başladı. Bunun ardınca o, bir sıra açıqlamalar verdi.
İkinci doğrusu Ağrı dağına iddiadan əl çəkməklə bağlıdır. Vaxtilə Ermənistan alimləri, Milli Elmlər Akademiyası, yazıçı və şairləri, bir sözlə, az-çox savadı olan hər erməni tarixi saxtalaşdırmaqla Azərbaycana və Türkiyəyə qarşı iddialar irəli sürürdülər. Bu cəfəngiyyatı isə həqiqət kimi təbliğ edirdilər. Yeri gəlmişkən, erməni cəmiyyətində bu mürtəce düşüncənin daşıyıcıları hələ də var.
Həmin ideoloqların və elm adamlarının uydurduğu "Böyük Emənistan" iddiası 44 günlük İkinci Qarabağ müharibəsi zamanı darmadağın oldu. Hətta "Qarabağ Ermənistandır" deyə hay-həşir salanlar belə indi az qala hər gün "Qarabağ Azərbaycandır" ifadəsini bütün səviyyələrdə təkrarlayır və qəbul edirlər.
Paşinyan Ermənistan ərazisinin 29.8 min kv.km deyil, 29 min 743 kv. km olduğunu da açıqlayıb. O bildirib ki, yüz illərdir ermənilər dövlət qurmaq üçün yer axtarıb və indi onların dövləti var. Baş nazir qeyd edib ki, bu dövlətdən xaricdə yer axtarmaq lazım deyil.
Baş nazirin üçüncü etirafı Türkiyəyə qarşı ərazi iddiasından əl çəkməklə bağlıdır. O, Ağrı dağın da Türkiyəyə aid olduğunu dəfələrlə müxtəlif səviyyəli tədbirlərdə vurğulayır. Paşinyan noyabrın 16-da "Facebook"dakı səhifəsində belə bir statusla paylaşım edib: "Ermənistan Respublikasının ən yüksək dağı 4 090 metr hündürlüyü olan Araqatsdır".
O, əvvəllər də bildirib: "Ölkəmizin ən hündür dağı Ağrı dağı (Ararat) deyil, Araqatsdır. Uşaqlar Ermənistanın ən yüksək dağını Araqats yox, Ararat adlandırırlarsa, bu, Ermənistanın Türkiyəyə qarşı ərazi iddiaları olması deməkdir".
O, çıxışlarında ölkəsində tarix dərsliklərinin də dəyişdirilməsinin vacib olduğunu söyləyib. Bu ölkənin təhsil fondunun rəhbəri Vaqram Soqomonyan isə bildirib ki, tarix dərsliyinə 46 düzəliş ediləcək. Bu, təkcə bir sinfin dərsliyinə edilməsi nəzərdə tutulan düzəlişlərin sayıdır. Bir qədər də dərinə gedilsə, ölkənin tarix, coğrafiya, ədəbiyyat dərsliklərinin yenidən yazılması təklif olunacaq.
Baş nazir və hökumət üzvlərinin dördüncü doğru açıqlaması da illərin saxta düşüncəsi üzərində qurulub. Osmanlı dövlətinə düşmənliyi bu gün Türkiyəyə qarşı həyata keçirənlər var. Onlardan biri Fransadır. Bu ölkə saxta erməni iddiasına haqq qazandırıb. Fransadakı siyasi erməni saxtakarlığına "göz yaşı" axıdaraq özlərini bu etnik qrupun fədaisi kimi aparırlar. Ancaq rəsmi Ankara 1915-ci illə bağlı arxivlərin açılmasını, alimlərin bu məsələni araşdırmasını dəfələrlə vurğulayıb.
Bu günlərdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, "erməni soyqırımı"nın beynəlxalq səviyyədə tanınması başçılıq etdiyi nazirlik üçün bir nömrəli prioritet deyil. O, parlamentdə çıxışı zaman deyib: "Xarici İşlər Nazirliyi üçün bir nömrəli prioritet Ermənistan ətrafında sülh və sabitliyin təmin edilməsidir".
Hökumət başçısı və komanda üzvlərinin beşinci doğrusu Ermənistanın mövcud konstitusiyasının mürtəce olması ilə bağlı açıqlamalardır.
Nikol Paşinyan noyabrın 14-də parlamentdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi çərçivəsində bildirib: "Bizim İstiqlal Bəyannaməmizi son illərdə dəfələrlə təkrar oxudum. Belə bir dəhşətli nəticəyə gəldim ki, onunla Ermənistan Respublikası mövcud ola bilməz". O bunu Ermənistanın və ermənilərin ən böyük problemi və faciəsi adlandırıb: "Əsl Ermənistan vətəndaşı odur ki, bu ölkədən kənarda vətən, dövlət axtarmır. Çünki axtarıb, axtarıb, axtarıb, vətənimi - Ermənistan Respublikasını tapdım".
Bu, Nikol Paşinyanın komanda üzvlərinin də etirafıdır. Ermənistan dövləti təcavüzkar, işğalçılığı və saxtakarlığı özündə ehtiva edən bu sənədlə mövcud ola bilməz. Belə bir əsas qanun onun varlığına düşməndir.
Bəs, baş nazirin beş düzünü aparan bir səhv hansıdır?
Ölkəsinin uydurma və təcavüzkarlıqlara əsaslanan mürtəce konstitusiya ilə Azərbaycan Respublikasını yanaşı qoyması Paşinyanın, komandasının səhvidir.
Ermənistan hökuməti bununla da irəli sürdüyü doğrunu, həqiqəti alt-üst edir. Rəsmi İrəvan COP29-un Bakıda keçirilməsi tərəfdarı olsa da, nümayəndəsi BMT-nin bu genişmiqyaslı tədbirinə qatılmayıb.
Azərbaycanın əsas qanunu ilə Ermənistanın gerici, düşmənliyi qanun şəklinə salan konstitusiyasını bir masa üzərinə qoymaq belə ədalətsizlikdir.
Paşinyanın iddia etdiyi Azərbaycanın Müstəqillik haqqında konstitusiya aktında açıq-aşkar bunlar da yazılıb: "1920-ci il aprelin 27-28-də RSFSR-in XI ordusunun Azərbaycana təcavüzü, respublika ərazisini zəbt etməsi, beynəlxalq hüququn subyekti olan Azərbaycan Demokratik Respublikasını devirməsi Rusiyanın müstəqil Azərbaycanı işğal etməsi hesab edilsin.
- Azərbaycan Respublikası 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Respublikasının varisidir"...
Bunların və aktdakı başqa müddəalarda Ermənistan və başqa tərəfə qarşı təcavüz qanuniləşdirilməyib.
Paşinyanın təmsil etdiyi dövlətin müstəqillik aktında isə 1915-ci ildə "erməni soyqırımı"nın dünya miqyasında tanınması, Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiası açıq-aşkar təsbit edilib. Bu qanun 1995-ci il iyulun 5-də ümummilli erməni referendumu nəticəsində qəbul edilib, 2005-ci il noyabrın 27-də referendum keçirilərək düzəlişlər olunub, yeni bir konstitusiya qəbul edilib. 2015-ci il dekabrın 5-də keçirilmiş növbəti ümumxalq səsverməsindən sonra yenidən konstitusiyada dəyişikliklər olunub. Bu siyasi kampaniyaların heç birində təcavüzkar müddəaya diqqət edilməyib.
44 günlük müharibə regionda vəziyyəti dəyişməklə yanaşı, Ermənistan hakimiyyəti, erməni cəmiyyətini də silkələyib. Təəssüf ki, onların başçısı Nikol Paşinyanın hər beş doğru açıqlamasını bir səhvi məhv edir. Doğruların sayının çox olması üçün rəsmi İrəvan hələ çox mətləbləri etiraf edəcək.
"Report" İnformasiya Agentliyi
Seçilən
21
50
oxu.az

10Mənbələr