NASA kosmosun dərinliklərinə göndərdiyi ən uzaq məsafəni qət edən kosmik gəmi olan “Voyager 1”dən siqnal alıb.
Publika.az xəbər verir ki, NASA Yerdən 24,3 milyard kilometr uzaqlıqda səyahətinə davam edən bəşəriyyətin ən uzaq kosmik gəmisi “Voyager 1”dən yeni siqnal alıb.
Qeyd edək ki, rabitə problemləri yarandıqdan sonra 1981-ci ildən bəri kosmik gəmi ilə əlaqə saxlamaq mümkün olmayıb.
NASA-nın hesablamalarına görə, bu kəsintiyə “Voyager 1”ə qızdırıcını söndürmək üçün göndərilən təlimat səbəb olub. Bu təlimatlar kosmik gəminin nasazlıqdan qorunma sistemini işə salıb. “X-band” ötürücüsünün bağlanmasına səbəb olub.