AZ

Bakıda COP29-da “Culture for Climate” mövzusunda yan tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Bakıdakı COP29 çərçivəsində "Culture for Climate" adlı yantədbir keçirilib. Tədbir iqlim dəyişikliyinə qarşı effektivtədbirlərin hazırlanmasında mədəniyyət və irsin rolununmüzakirəsinə həsr olunub.

Trend xəbərverir ki, bu barədə UNESCO üzrə Azərbaycan Respublikasının MilliKomissiyası "X" sosial şəbəkəsində məlumat yayıb.

"Mütəxəssislər və yüksək səviyyəli nümayəndələr mədəniyyətinsistem dəyişikliyinə necə təkan verə biləcəyini, inklüzivliyi necətəmin edə biləcəyini və iqlim problemləri ilə mübarizədədavamlılığı necə artıra biləcəyini müzakirə etdilər. AzərbaycanPavilyonunda keçirilən tədbirdə davamlı gələcəyin yaradılmasındamədəniyyətin əhəmiyyəti vurğulanaraq regional və milli yanaşmalarmüzakirə edilib", - paylaşımda bildirilir.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Bakıda
Bakıda
Bakıda
Seçilən
35
az.trend.az

1Mənbələr