AZ

36 yaşlı kişini elektrik cərəyanı vurdu: Sağ qalma şansının…

ABŞ-nin Florida ştatının Vest Palm Beach bölgəsində 36 yaşlı qaya mədənçisi Con Pendletonu 4160 volt elektrik cərəyanı vurub.

"Cebheinfo.az” xəbər verir ki, Pendletonun 2019-cu ilin sentyabrında baş verən qəza zamanı ağır elektrik maşınlarından istifadə etdiyi bildirilib. 

Pendleton qəzadan 9 gün sonra komadan oyanıb. Yaddaşını itirən mədənçinin bədəninin üst hissəsinin 30 faizində üçüncü və dördüncü dərəcəli yanıqlar, beyin qanaması, kəllə sınığı və travmatik beyin zədəsi keçirdiyi bildirilib.

Sağ qalma şansının 5 faiz olduğu deyilən iki uşaq atasının başındakı yanmış dərini çıxarmaq üçün əməliyyatlarla birlikdə 7 dəfə qan köçürülüb. 

Həkimlər zədələnmiş toxumalar yenidən böyüməyincə dəri transplantasiyası etmək qərarına gəliblər.

İki ay xəstəxanada qaldıqdan sonra evə qayıdan Pendleton 5 il ərzində 30-dan çox əməliyyat keçirib.

Müalicə prosesində ürəyi iki dəfə dayanan Pendletonun kəllə sümüyündə dəlik olduğu üçün hazırda indi qoruyucu papaq taxır.

Seçilən
26
cebheinfo.az

1Mənbələr