AZ

Qəbizlik problemi yaşayanlar diqqətlə oxusun

Cənnət xurması və ya xirnik kimi tanınan meyvə güclü antioksidant mənbəyidir və əsrlər boyu alternativ tibbdə istifadə olunur.

Ölkə.Az “haber 7”yə istinadla xəbər verir ki, mütəxəssislər bu meyvənin yuxarı tənəffüs yollarında xəstəliklərə səbəb olan yoluxucu virusların qarşısını aldığını vurğulayırlar.

Vətəni Çin və Yaponiya olan xirniyin tərkibində A, B, C vitaminləri, ribollavin, protein, fruktoza və saxaroza da var.

Həzm sistemi xəstəliklərinin qarşısını alan cənnət xurması arıqlamaq istəyənlər üçün ideal meyvədir. Tədqiqatlar nəticəsində məlum olub ki, bu meyvə xolesterin və yüksək təzyiqi azaldır.

Xüsusi qeyd: Həddindən artıq istehlak edildikdə qaraciyərin yağlanmasına səbəb ola bilər. Bundan əlavə, xroniki xəstəlikləri olan insanlar mütəxəssislərlə məsləhətləşərək bu meyvədən istifadə etməlidirlər.

Cənnət xurmasının faydalarını təqdim edirik:

1. Tərkibində yüksək antioksidant olan katein və qallokatein maddələri olduğu üçün bədəndə dolaşan sərbəst radikal hüceyrələrin xərçəng şişinə çevrilməsinin qarşısını alır. Bundan əlavə, sağlam hüceyrələrin sayını artıraraq orqanizmin müqavimətini artırır.

2. Meyvələr arasında xurma askorbin turşusu ilə zəngindir və orqanizmin ehtiyac duyduğu C vitamininin 75%-ni təmin edir. Bu maddə sayəsində immuniteti artırır. Bədəni virus infeksiyalarına və toksinlərə qarşı qoruyucu qalxan yaradır. O, həmçinin ağ qan hüceyrələrinin çoxalmasını dəstəkləyir.

3. Gündəlik lif ehtiyacınızın 30%-ni ödəyir. Yaxşı maddələr mübadiləsini təmin edərkən həzmi asanlaşdırır. Bir xurma 100 kaloridir. Buna görə də pəhriz siyahılarına əlavə edilməli olan meyvələr arasındadır. Xroniki xəstəlikləri olmayanlar gündə bir stəkan xurma qəbul etməklə həzm problemlərini tənzimləyə bilərlər.

4. Xüsusilə qastrit və xora kimi xəstəliklər üçün mütəxəssislər qabığı soyularaq yeyilməlidir. Həmçinin bağırsaq florasındakı bakteriyaları tarazlaşdıraraq qəbizliyə təbii həll yolu təqdim edir.

5. Bəzi amillərə görə irəliləyən yaşlarda insanlarda ciddi pozulmalar baş verə bilər. Xurma beta-karoten, lutein, likopen və A vitamini ilə zəngin olduğundan bu xəstəliklərin erkən yaranmasının qarşısını alır. Eyni zamanda kriptotoksin maddəsi yorğunluq, stress, depressiya və göz narahatlığı kimi halların azalmasında təsirli olur.

6. Damarların genişlənməsinə imkan verərək qan təzyiqini tarazlaşdırır. Beləliklə, yüksək təzyiq və ürək xəstəlikləri riskini azaldır.

Mütəxəssislər xatırladırlar ki, xirnik tam yetişmiş olmalıdır. Əks halda, yetişməmiş və hətta kəsmək və çeynəmək olmur, ağızda fərqli bir dad buraxır.

Cənnət xurması olan yerdə şəkərə ehtiyac yoxdur.

Hər səhər xirnik bəkməziyemək bədəni gümrah saxlayır.

Billurə Yunus
 

Seçilən
22
3
olke.az

4Mənbələr