AZ

İlham Əliyev Əl-Əzhərin Şeyxinə başsağlığı verdi

Prezident İlham Əliyev Əl-Əzhərin Şeyxi, Müsəlman Ağsaqqalları Şurasının sədri Əhməd Əl-Tayyibə başsağlığı verib.

Gundem.az AZƏRTAC-a istinadən xəbər verir ki, başsağlığında deyilir:

"Zati-həzrətləri,

Ailənizə üz vermiş ağır itki - bacınız Samiha Məhəmməd Əl-Tayyibin vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu üzüntülü anlarda dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə səbir diləyir, dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!"

 

Seçilən
937
49
gundem.az

10Mənbələr