AZ

zərbaycanda sənaye məhsulunun istehsalı 2,2% artıb

2024-cü ilin ilk 10 ayında Azərbaycanda sənaye məhsulunun istehsalı 2,2% artaraq 53,3 milyard manat təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsi məlumat verib. 
 
Sənaye məhsulunun 64% mədənçıxarma,  30,3% emal, 4,7% elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1%izi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunun payına düşüb. 

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 3,5% azalıb, əmtəəlik qaz hasilatı isə 6,8%  artıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 0,4% azalıb,  su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 8% artıb. 
 
N.Təbrizli

www.anews.az
Seçilən
24
anews.az

1Mənbələr