2024-cü ilin ilk 10 ayında ötən ilin eyni dövrü ilə müqayisədə əsas kapitala yönəldilən investisiyaların həcmi 4,4% azalaraq 14,4 milyard manat təşkiledib. Bu barədə Azərbaycan Dövlət Statistika Komitəsi məlumat verib.
Neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi 9,1%, qeyri neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi isə 2% azalıb.
İstifadə olunan investisiyanın 7,308,6 milyon manatı və ya 50,8% məhsul istehsalı, 5,2 milyard manatı (35,9%) xidmət, 1,9 milyard manatı (13,3%) isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilən investisiyaların 11,9 milyard manatını və ya 83% daxili investisiyalar təşkil edib.
Əsas kapitala yönəldilən investisiyaların 10,4 milyon manatı və ya 72,3% bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
N.Təbrizli
www.anews.az