Bakı. Trend:
COP29 çərçivəsində "Cisco Systems" şirkətinin təmsilçiləri iləgörüşdə dayanıqlı iqtisadiyyatın inkişafına dəstək verən müasirtexnologiyaların tətbiqi və innovasiya ekosisteminintəkmilləşdirilməsi üzrə birgə fəaliyyətin təşviqi imkanlarınəzərdən keçirilib.
Trend xəbər verirki, iqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində "CiscoSystems" şirkətinin baş vitse-prezidenti, dayanıqlıq üzrə başdirektoru Meri de Vısotski ilə görüşüb.
Görüşdə texnologiyaların imkanlarından yararlanmaqla işgüzarsferada, eləcə də insan kapitalının inkişafı sahəsindəirəliləyişlərə nail olmaq, iqtisadi artımın dayanıqlı əsaslarlaformalaşdırılmasını təmin etmək və iqlim fəaliyyətininsəmərəliliyini artırmaq barədə müzakirələr aparılıb. Süniintellektdən yararlanmaqla biznes subyektlərinin fəaliyyətindəeffektivliyin artırılması, eləcə də kənd təsərrüfatı, suyun idarəedilməsi sahələrində innovativ həllərdən istifadə ilə bağlıtəcrübələr diqqətə çatdırılıb.
Şirkətin ölkəmizdəki fəaliyyətinin şaxələndirilməsi və buçərçivədə yeni əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Dayanıqlı inkişaf hədəflərinə nail olmaq üçün qlobal sinerjinintəmin edilməsinin əhəmiyyətli perspektivləri vurğulanıb.
Tərəflər əməkdaşlıq potensialının reallaşdırılması istiqamətindəinfrastrukturun yenilənməsi, innovasiyaların tətbiqinintəkmilləşdirilməsi, rəqəmsal iqtisadiyyatın əhatəsiningenişləndirilməsi, müasir texnologiyalardan istifadənin təşviqi vəbirgə istehsalın təşkili imkanlarının dəyərləndirilməsi barədəfikirlərini bölüşüblər.