AZ

"Tramp müharibəni daha tez bitirəcək "

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ilə müharibənin Donald Trampın ABŞ prezidenti olduqdan sonra daha tez bitəcəyinə əmin olduğunu bildirib.

Milli.Az xəbər verir ki, Zelenski ABŞ prezident seçkilərində qələbə qazandıqdan sonra Trampla telefon danışığı zamanı "konstruktiv fikir mübadiləsi" apardığını deyib.

O, Trampın Rusiya ilə mümkün danışıqlarla bağlı hər hansı tələb irəli sürdüyünü açıqlamayıb, lakin ondan Ukraynanın mövqeyinə zidd heç nə eşitmədiyini bildirib.

Tramp ardıcıl olaraq onun prioritetinin müharibəni dayandırmaq və ABŞ-ın Ukraynaya hərbi yardım şəklində resurslarının boşaldılmasını dayandırmaq olduğunu bildirib.O əlavə edib ki, Ukrayna "hər şeyi etməlidir ki, bu müharibə gələn diplomatik yollarla bitsin".

Nərmin Mahmudova 
Milli.Az

Seçilən
22
1
milli.az

2Mənbələr