Bakı. Trend:
COP29 çərçivəsində “ACWA Power” şirkətinin baş icraçı direktoruilə görüşdə yaşıl enerji layihələri çərçivəsində uğurlu əməkdaşlıqmüzakirə edilib.
Trend xəbər verirki, iqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsindəSəudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətinin baş icraçıdirektoru Marko Arçelli ilə görüş keçirib.
Görüşdə bərpa olunan enerjinin səmərəliliyinin, alternativenerji mənbələrinin enerji sektorunda payının artırılmasınınölkəmizin iqtisadi inkişaf strategiyasında vacib məsələlərdənolduğu diqqətə çatdırılıb. Bu istiqamətdə alternativ enerjisektorunda aparıcı şirkətlərdən olan “ACWA Power” şirkəti iləəməkdaşlığa önəm verildiyi qeyd olunub.
Tərəflər bərpa olunan yaşıl enerji layihələri çərçivəsindəşirkətin ölkəmizlə birgə fəaliyyətinin uğurla irəliləməsindənməmnunluq ifadə ediblər. Azərbaycanda əlverişli investisiyaimkanlarının artırılması, SOCAR-la əməkdaşlığın şaxələndirilməsi vəkarbonsuzlaşma istiqamətində atılan addımlar nəzərdənkeçirilib.