AZ

Kişilər ilk görüşdə necə davranmalıdır? - AÇIQLAMA

Çox zaman ilk görüş hər iki tərəf üçün həyəcanla gözlənilir.

Bəzən bu həyəcan görüşün yaxşı keçməməsinə belə səbəb olur. 

Amma güclü cinsin nümayəndələri belə hallarda təmkinli davranmağa çalışmalıdır.

Maraqlıdır, kişilər ilk görüşdə necə davranmalıdır?

Bu barədə Hit.az-a açıqlama sevgi üzrə mütəxəssis Xədicə Hüseynli deyib ki, ilk görüşdə kişi qarşı tərəfi rahat etmək və yaxşı təəssürat yaratmaq üçün çalışmalıdır:

“Bu, həm davranış, həm də şəxsiyyətin ifadəsi baxımından mühüm bir an ola bilər. İlk görüşdə uğurlu olmaq üçün bəzi əsas məqamlar var. İlk görüşdə ən vacib olan şey, özünüzü saxtalaşdırmamaqdır. Qarşı tərəf, sizin gerçək şəxsiyyətinizi daha yaxşı tanımaq istəyir. Qarşınızdakı insanı rahatlaşdırmaq və yaxşı bir əlaqə qurmaq üçün təbii və mehriban olmağa çalışın. Bir görüşdə yalnız özünüzü ifadə etməklə kifayətlənməyin. Qarşı tərəfin də düşüncələrinə, hisslərinə və fikirlərinə diqqət yetirin. İlk görüşdə ən vacib olanlardan biri də qarşı tərəfə hörmətlə yanaşmaqdır. Geyiminiz ilk təəssürat üçün çox önəmlidir. Yalnız rahat deyil, həm də görüşün keçirildiyi yerə uyğun geyim seçməlisiniz.

Bunlara diqqət edildiyi bir müddətdə ilk görüş çox yaxşı keçə bilər”.

Murad

Seçilən
57
39
hit.az

10Mənbələr