AZ

"Tüstü ilə çıxaraq" - Nazirin mədənçilərlə bağlı qərarı qəzəb doğurdu

Cənubi Afrikada tərk edilmiş Stilfonteyn qızıl mədənində qanunsuz çalışan və yerin altında qalan yüzlərlə mədənçinin xilasetmə işləri davam edir.

Bakupost.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, ölkənin polis naziri Senzo Mekyun xilasetmə işlərinin könüllü mədən xilasetmə qruplarına həvalə edildiyini deyib.

"Onlar yerin altından çıxarılmalıdır. Bu komandaların uzun illərdir belə vəziyyətlərdəki insanları xilas etmək təcrübəsi var," – deyə Melkyun qeyd edib.

Qeyd edək ki, Cənubi Afrika polisi mədəndəki qanunsuz çalışanların su və qida təchizatını kəsməsinə baxmayaraq, onlar ac-susuz qalıb çıxmamaq üçün dirəniş göstərirlər.

Hələlik onlardan yalnız 1173 nəfəri təslim olub, amma yüzlərlə insan müqavimət göstərməkdə israrlıdır.

Cənubi Afrika prezidentinin köməkçisi Xumbudzo Ntshavheninin mədənçilərin “tüstü ilə çıxarmaq” təklifi məsələyə diqqəti daha çox yönəldib və bu fikir ictimaiyyət tərəfindən təpki ilə qarşılanıb.


Seçilən
32
bakupost.az

1Mənbələr